Azərbaycan Mərkəzi Bankı depozit hərracı keçirib

13:03 - 4.02.2019


4 fevral, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) fevralın 4-də növbəti  depozit hərracı keçirib.

AMB-in məlumatında deyilir ki, hərracda bank 350 milyon manat cəlb edib.

“Depozit hərracında təklif 826,1 milyon manat təşkil edib. Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 7,26% təşkil etmişdir”, - AMB-in məlumatında belə deyilir.

Vəsaitlər 14 gün müddətinə cəlb edilib.

AMB depozit hərraclarının keçirilməsini 2016-cı ilin iyun ayından keçirir.

 

Bütün xəbərlər