METAK 14%-lik istiqrazlar üzrə sonuncu faiz ödənişini həyata keçirib

17:27 - 4.02.2019


4 fevral, Fineko/abc.az. Plastik boru istehsalçısı olan METAK 14%-lik istiqrazları üzrə sonuncu kupon ödənişini həyata keçirib və əsas məbləği qaytarıb.

METAK şirkəti tərəfindən 2018-ci il 29 yanvar tarixində 2 milyon AZN həcmində emissiya edilmiş bir illik istiqrazların tədavül müddəti bitib. Bu istiqrazların sahibləri bir ilə ümumilikdə 280 min AZN qazanıb.

Beləliklə METAK öz öhdəliklərini vaxtında və tam həcmdə yerinə yetirərək, istiqrazlarının yüksək gəlirli və eyni zamanda etibarlı qazanc mənbəyi olduğunu sübut etdi.

METAK istiqrazları üzrə son bir il ərzində 4 dəfə faizlər ödənilib. 2018-ci il aprelin 29-da ödənişlərin ümumi həcmi 69,041 min AZN, iyulun 29-da 69,808 min AZN, oktyabrın 29-da 70,575 min AZN, 2019-cu il yanvarın 29-da isə 70,575 min AZN təşkil edib.            

İstiqraz bazarının digər sərfəli məhsulu Embafinans bank olmayan kredit təşkilatının kağızlarıdır. İldə 10,5% gəlir gətirən istiqrazların son ödəmə tarixi 3 dekabr 2019-cu ildir. Bu istiqrazların sahibləri hər ay faiz ödənişi əldə edirlər.

Embafinans istiqrazlarını AzFinance İnvestisiya Şirkətinə müraciət etməklə əldə etmək olar. 

 

Bütün xəbərlər