Azərbaycan nefti bahalaşdı

09:59 - 5.02.2019


5 fevral, Fineko/abc.az. Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,28 dollar (0,42%) yüksəlib.

Hazırda “Azeri Light” markalı neftin bir barelinin qiyməti 63,98 dollar təşkil edir.

4 fevral tarixində  Nyu-York Əmtəə Birjasında (NYMEX) keçirilən elektron ticarətin sessiyası nəticəsində, “WTI” markalı neftin mart ayının fyuçers qiyməti  0,70 dollar (1,27%) enərək  bir barelə 54,56 dollar təşkil etmişdir. 

Həmin vaxt “WTI”  0,28 dollar (0,51%), yəni bir barelə 54,84 dollara qədər yüksəlmişdir.

Bazar ertəsi günü Londonun “ICE Futures” birjasında  “Brent” markalı neftin aprel ayının fyuçers qiyməti  0,24 dollar (0,38%) enərək bir barelə  62,51 dollar təşkil etmişdi. 

Saat 9:15-də aprel  ayının fyuçers qiyməti saat 0,27 dollar (0,43%) yüksələrək bir barelə  62,78 dollar təşkil etmişdir.

 

Bütün xəbərlər