Azərbaycan Qran Prisinin keçirilməsi tarixi 2023-cü ilə qədər uzadılıb

05.02.2019,11:15


5 fevral, Fineko/abc.az. Azərbaycan Bakıda avtomobil yarışının müddətinin uzadılması barədə “Formula 1” ilə razılaşma imzalayıb.

Əməkdaşlığın daha 3 il uzadılması haqqında razılaşmanı bu gün Azərbaycan Gənclər və İdman Naziri Azad Rəhimov və “Formula 1”in icraçı direktoru Çeyz Kerri imzaladılar.

Beləliklə, Azərbaycan Qran Prisi 2023-cü ilə qədər uzadıldı.

“Formula-1” 2016-cı ildən Azərbaycanda keçirilir. Hazırkı razılaşma 2020-ci ilə qədər nəzərdə tutulub.