Azərbaycan “Formula-1” yarışlarının ilk iki ildə keçirilməsi hesabına 280 milyon dollar qazandı

12:27 - 5.02.2019


5 fevral, Fineko/abc.az. “Baku City Circuit” ölkədə “Formula-1” yarışlarının keçirilməsindən əldə etdiyi məbləği açıqladı.

“Baku City Circuit”-in İcraçı Direktoru Arif Rəhimov 2016-2017-ci illərdə ölkənin yarışlardan 280 milyon dollar qazandığını bildirib.

Bu gün Azərbaycan növbəti müqavilə imzaladı və Bakıda yarışların müddətini2023-cü ilə qədər uzatdı. Əvvəlki razılaşma 2020-ci ilə qədər nəzərdə tutulmuşdur.

 

Bütün xəbərlər