Mərkəzi Bank 250 milyon manatlıq qısamüddətli notlar yerləşdirəcək

14:41 - 5.02.2019


5 fevral, Fineko/abc.az. Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-nin məlumatında deyilir ki, 6 fevral tarixində 50100673S dövlət nömrəli qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

“Qısamüddətli notlar 250 milyon manat həcmində təqdim ediləcək, hər notun nominal dəyəri 100 manat təşkil edəcək. Notların tədavül müddəti 28 gündür”, - BFB-nin məlumatında belə deyilir.

 

Bütün xəbərlər