Medvedev Turizm üzrə Federal Agentliyi İqtisadi İnkişaf Nazirliyinin idarəçiliyinə ötürdü

11:38 - 6.02.2019


6 fevral, Fineko/abc.az. Turizm üzrə Federal Agentliyin rəhbəri Oleq Safonov vəzifəsindən azad edilib.

Müvafiq sərəncam, RF Baş naziri Dmitri Medvedev tərəfindən imzalanıb. Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Yerli turizm sənayesinin inkişafı üçün subsidiya məsələsinin müzakirəsi zamanı, müavinləri ilə müşavirədə hökumət sədri, ötən il Turizm üzrə Federal Agentliyinin Mədəniyyət Nazirliyindən İqtisadi İnkişaf Nazirliyinə köçürülməsi haqqında qərarı xatırlayıb.

Bununla bağlı, o, hökumət aparatına bu istiqamətdə kadrların gücləndirilməsi işi üzrə təkliflər hazırlamağı tapşırıb.

 

Bütün xəbərlər