İlham Əliyev çoxmərtəbəli binalarda lift təsərrüfatının yaxşılaşdırılması üçün 40 milyon manat ayırıb

06.02.2019,11:40


6 fevral, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev ölkənin şəhər və rayonlarında çoxmərtəbəli binaların lift təsərrüfatının maddi-texniki bazasının gücləndirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, 2019-cu il dövlət büdcəsinin investisiya xərclərindən ölkənin 12 şəhərində və rayonlarında çoxmərtəbəli binaların 237 liftinin maddi-texniki bazasının gücləndirilməsi üçün 40 milyon manat ayrılacaq.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləği maliyyələşdirmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək həvalə olunub.