Neft ixracatçıları alternativ OPEC təşkilatının yaradılması imkanını nəzərdən keçirirlər

06.02.2019,12:22


6 fevral, Fineko/abc.az. Səudiyyə Ərəbistanı və onun Fars körfəzindəki müttəfiqləri OPEC-in transformasiyası və onunla Rusiya və kartelə daxil olmayan digər doqquz neft istehsal edən ölkələrin ittifaqının təmin olunmasının tərəfdarıdırlar.

Bu barədə The Wall Street Journal (WSJ) qəzeti, OPEC-də mənbələrə istinadən yazır.

Hazırda OPEC ölkələri və Rusiyanın rəhbərlik etdiyi 10 neft ixracatçıları 2016-cı ildən neft hasilatının məhdudlaşdırılması haqqında  OPEC + əməliyyat çərçivəsində əməkdaşlıq edirlər. Qəzet xəbər verir ki, indi Fars körfəzi ölkələri dünya neft bazarına təsirini artırmaq üçün daha formal bir ortaqlıq qurmağı təklif edirlər.

Eyni zamanda, qəzet mənbələrinə görə, İran və OPEC-in digər üzvləri,  OPEC + ölkələri arasında  ən böyük neft ixracatçıları olan Səudiyyə Ərəbistanının və Rusiyanın üstünlüyündən qorxaraq, daha sıx əməkdaşlığa qarşı çıxırlar. Yeni ittifaqın yaranması imkanını ölkələr fevralın 18-dən başlayan həftədə Vyanada müzakirə etməyi planlaşdırırlar. Və nəhayət, neft ixracatçıları bu məsələni aprel ayında OPEC + iştirakçıları ilə görüşdükdə razılaşdırmağı planlaşdırırlar.

Daha əvvəl Səudiyyə Ərəbistanı neft ixracatçılarının  yeni  təşkilatını Rusiyanın iştirakı ilə yaratmağı təklif etdi. Lakin, qəzetə görə, bu təşəbbüsə artıq baxılmır.

 

Açar sözlər: OPEC