Azərbaycanda iki avtomobil distribütoru birləşdi

10:57 - 22.11.2017


22 noyabr, Fineko/abc.az. Azərbaycanda  “Chevrolet” və “Cadillac” avtomobil markalarının distribütorları birləşdi.

Ləğvetmə və “Performance Center Co” şirkəti ilə birləşmə haqqında qərar,  “İdeaL-S.K” şirkətinin təsisçilərinin ümumi yığıncağında qəbul edilib.

“İdeaL-S.K” şirkəti  Gəncə şəhərində “Chevrolet” və “Cadillac” avtomobillərinin satışını həyata keçirirdi. Bundan sonra isə “Performance Center Co” Gəncə nümayəndəliyi olaraq fəaliyyətini davam etdirəcək.

 

Bütün xəbərlər