Kreml ÜDM-in artımı haqqında məlumatları təhlil edir

15:29 - 6.02.2019


6 fevral, Fineko/abc.az. Kreml 2018-ci ildə Rusiya Federasiyasında ÜDM-in artımı ilə bağlı “Rosstat”ın məlumatlarını diqqətlə təhlil edir. Eyni zamanda, iqtisadi inkişafın müxtəlif parametrləri barədə digər məlumat mənbələrini nəzərə alınır.

Rusiya Federasiyasının prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında “Rosstat”ın ciddi bir təşkilat olduğunu və onun rəqəmlərinin dərin təhlilə əsaslandığını bildirdi.

“Biz bu məlumatları nəzərə alırıq, həm də onları ətraflı təhlil edirik, bu və ya digər inkişaf parametrləri ilə bağlı ekspert rəyini əldə etmək üçün başqa mənbələr də var”, - deyə Peskov vurğulayıb.

Müxtəlif mənbələrdən olan məlumatların üst-üstə düşdüyünə dair sualları cavablandıran Kremlin nümayəndəsi qeyd edib ki, müəyyən nüanslar var, lakin bunlar əlavə təhlili tələb edir.

“Rosstat”, son bir il ərzində Rusiyanın ÜDM-in ilk qiymətləndirməsini nəşr etmişdi. Bu məlumatlarda, Rusiya iqtisadiyyatının 2017-ci il ilə müqayisədə, 2,3% artdığı xəbər verilirdi.

 

Bütün xəbərlər