Azərbaycanda blogerlər vergi ödəməli olacaq

06.02.2019,16:14


6 fevral, Fineko/abc.az. Azərbaycan Vergilər Nazirliyi sosial şəbəkələrdə reklamdan əldə edilən gəlirlərinə vergi tutulmasını  təklif edir.

Azərbaycan Vergilər Nazirliyinin vergi siyasəti departamentinin vergi qanunvericiliyi idarəsinin direktoru  Avaz Quliyevin sözlərinə görə, sosial şəbəkələrdə "məşhur" olan bir çox insanlar müəyyən məhsulların reklamından gəlir əldə edirlər, lakin vergilərin ödənilməsindən yayınırlar.

“Qanunvericiliyə əsasən, kommersiya fəaliyyəti ilə məşğul olan bütün digər insanlar kimi, xüsusən də  mənfəət əldə edən  fiziki və hüquqi şəxslər gəlir vergisinin 10%-ni və ƏDV-nin 18%-ni ödəməlidirlər. Əgər şəxs vergi orqanlarında qeydə alınmayıbsa və nağdsız ödəniş yolu ilə sosial şəbəkədə reklamdan pul vəsaiti alırsa, bu əməliyyat üçün bank 18%-ə ƏDV tutur”, - deyə A. Quliyev bildirib.

Onun sözlərinə görə, əgər reklam sifariş edən xarici vətəndaş və ya xarici şirkətdirsə, o zaman yerli rezidentlər, Azərbaycan vergi qanunvericiliyinə uyğun olaraq vergi ödəməlidirlər.