Azərbaycan Mərkəzi Bankı 250 milyon manat həcmində qısamüddətli notlar yerləşdirdi

17:10 - 6.02.2019


6 fevral, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB)  qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirib.

Bakı Fond Birjasının xəbərinə əsasən, fevralın 6-da AMB 50100673S dövlət qeydiyyat nömrəli, 250 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlar təklif etmişdir.

Hərrac zamanı 12 investor tərəfindən qiyməti 99.4388 AZN (7.26%)  olan 19 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 576,861,500.00 AZN olmuşdur.

AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.4388 AZN (7.26%), orta ölçülmüş qiyməti 99.4388 AZN (7.26%) müəyyən edilmişdir. Hərrac nəticəsində  250 milyon manat  həcmində  qısamüddətli notlar yerləşdirilmişdir. 

Notların ödəmə tarixi: 06 mart  2019-cu il.

 

Bütün xəbərlər