Azərbaycan ilin ikinci yarısında Özbəkistana ticarət missiyası təşkil edəcək

17:25 - 6.02.2019


6 fevral, Fineko/abc.az. Azərbaycan Özbəkistana ticarət missiyası təşkil edir.

İqtisadiyyat Nazirliyinin məlumatına görə, 4-5 fevral tarixlərində İqtisadiyyat naziri Şahin Mustafayevin başçılığı altında Azərbaycan nümayəndə heyəti Özbəkistanda olub və orada iki ölkə rəsmiləri və iş adamlarının iştirakı ilə dəyirmi masa keçirilib.

“Azərbaycanla Özbəkistan arasında iqtisadi-ticarət əməkdaşlığının inkişafı üçün böyük potensialı vardır, energetika, sənaye, kənd təsərrüfatı, nəqliyyat, ticarət, turizm, mədəniyyət, İKT, innovasiyalar və digər sahələrdə əlaqələrin inkişaf etməkdədir. Azərbaycanda ticarət, sənaye, nəqliyyat, xidmət və s. sahələrdə Özbəkistan kapitallı 30-a yaxın şirkət fəaliyyət göstərir. 2018-ci ildə ticarət dövriyyəsi 46,5% artıb, lakin ticarət dövriyyəsinin artırılması üçün potensial böyükdür”, - nazir Mustafayev bunu deyib.

Onun sözlərinə əsasən, həmin potensialın həyata keçirilməsi məqsədi ilə, 2019-cu ilin ikinci yarısında Özbəkistana ticarət missiyasının təşkili planlaşdırılır.

 

Bütün xəbərlər