Oreşkin Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının perspektivlərini müzakirə etmək üçün fevralın 8-də Azərbaycana gələcək

17:56 - 6.02.2019


6 fevral, Fineko/abc.az. Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkinin başçılıq etdiyi nümayəndə heyəti fevralın 8-də Bakıya gələcək.

Azərbaycanın İqtisadiyyat Nazirliyinin məlumatında deyilir ki, səfər çərçivəsində əvvəlcə Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının dövlət sərhədində Azərbaycan və Rusiya nümayəndə heyətləri “Yaraq-Qazmalar” sərhəd buraxılış məntəqəsində yenidənqurma və rekonstruksiya işlərinə, “Samur” sərhəd buraxılış məntəqəsinə və Samur çayı üzərində avtomobil körpüsünün tikintisinə baxış keçirəcək.

“Fevralın 9-da Hacıqabul Sənaye Məhəlləsində Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının inkişafı imkanları müzakirə ediləcək”, - deyə məlumatda qeyd edilir.

 

Bütün xəbərlər