Yanardağ qoruğu iki günlük bağlanır

07.02.2019,12:28


7 fevral, Fineko/abc.az. Azərbaycanın unikal təbii qorqlardan biri olan Yanardag iki gün ərzində ziyarətçilər üçün bağlanacaq.

Dövlət Turizm Agentliyinin məlumatına görə, qoruq, 7-9 fevral tarixlərində  ərazidə aparılan profilaktik işlərlə əlaqədar bağlı olacaq.

Yanardağ qoruğu  fevralın 10-da yenidən açılacaq.

Yanardağ, Azərbaycanda dağın ətəyində ən qədim zamanlardan  yanan təbii əbədi atəşdir. Bir metr uzunluğu, təxminən on metr eni olan alov, Bakıdan 27 km məsafədə, Abşeron yarımadasında,  Məhəmmədi kəndi ərazisində dağın ətəyindən, Yanardağ qılıcından başlayır.

Bu gün dünyada təbii qaz axınlarının alışıb yanması az miqdardadır, onların əksəriyyəti Azərbaycandadır. Yanardağın təbii əbədi atəşi Abşeron yarımadasının altındakı iri qaz yatağından təbii qaz axınlarının səthə çıxması nəticəsindən əmələ gəlib.