Tramp, Dünya Bankının rəhbəri vəzifəsinə Devid Melpasın namizədliyini irəli sürüb

12:49 - 7.02.2019


7 fevral, Fineko/abc.az. ABŞ prezidenti Donald Tramp Dünya Bankının (DB) rəhbəri vəzifəsinə ABŞ-ın Beynəlxalq  İşlər üzrə Maliyyə nazirinin müavini Devid Melpasın namizədliyini irəli sürdü.

Amerika lideri Ağ Evdə namizəd, jurnalistlər və kabinet üzvlərinin iştirakı ilə müvafiq bəyanatla çıxış etdi.

Melpas, 2017-ci il sentyabr ayından etibarən ABŞ Maliyyə Nazirliyində indiki vəzifəsində çalışıb. O, öz mühafizəkar fikirləri ilə tanınır. Məsələn, Melpas daha öncə “Dünya Bankı kimi beynəlxalq təşkilatların  sayı artmış və çox bezdirici, onları yenidən yönləndirmək məsələsi  isə aktual  və daha çətin olub” ifadəsini səsləndirmişdi.

 

Bütün xəbərlər