17:51 - 7.02.2019
7 fevral , Fineko/abc.az. “Azərpoçt” MMC ilə Rusiyanın "Digital Payment" şirkəti arasında "Sendy" ödəniş sisteminə qoşulma haqqında memorandum imzalanıb.
MMC-in məlumatında deyilir ki, “Azərpoçt” və "Digital Payment" arasında tərəfdaşlıq Rusiya, Çin və Asiya ölkələrində milli valyutadan istifadə edən ödəniş və ötürmə mexanizmlərinin yaradılmasına imkan verəcək.
“Sendy” avadanlıq kompleksinin və proqram təminatının istifadəsi ölkədə innovativ rəqəmsal mobil ödəniş texnologiyalarının genişləndirilməsinə imkan yaradacaqdır. Həm ticarət, həm də xidmət sahəsində nağd ödənişlərin məbləğini azaldacaq, xidmətlərin keyfiyyətini artırmaq və ödənişlərin təhlükəsizliyini təmin edəcəkdir”, - məlumatda bildirilir.
"Sendy" ödəniş sistemi hazırda 5 milyondan çox istifadəçini özündə birləşdirir, 70 mindən çox hüquqi şəxs isə bu sistemin müştərisidir.
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024