Azərbaycanda “Əmanətlərin tam sığortalanması haqqında” qanun daha bir il uzadılacaq

12:09 - 8.02.2019


8 fevral, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev ölkə parlamentinə “Əmanətlərin tam sığortalanması haqqında” qanunun uzadılması barədə təklif göndərdi.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı layihənin artıq Azərbaycan Parlamentində baxılma mərhələsində olduğunu bildirdi.

“Dövlət başçısı, Qanunun daha bir il müddətinə, yəni 2020-ci il 4 mart tarixinə qədər uzadılmasını təklif etdi”, - V. Qasımlı bildirib.

4 mart 2016-cı il tarixli qüvvəyə mindiyi  “Əmanətlərin tam sığortalanması haqqında” qanunun müddəti 2019-cu il 4 mart tarixində başa çatır.

 

Bütün xəbərlər