Onlayn otel sifarişi saytlarının fırıldağı aşkar edildi

13:21 - 8.02.2019


8 fevral, Fineko/abc.az. Britaniyanın Rəqabətin qorunması və Bazarlar üzrə İdarəsi (CMA), Expedia, Booking.com, Agoda, Hotels.com, Ebookers və Trivago daxil olmaqla, bir sıra iri və ən populyar otel sifarişi saytlarının üzərinə iş metodlarını dəyişdirməyə və istehlakçıları yanıltmamağa öhdəsini qoyub.

Hakimiyyət orqanlarının məlumatına görə, aqreqatorlar müntəzəm şəkildə əlavə yığımları gizlədib, otellərin qiymətləndirilməsi prinsiplərini və güzəştlərin verilmə prinsiplərini izah etməmişlər.

Britaniyanın Rəqabətin qorunması və Bazarlar üzrə İdarəsi, onlayn otel sifarişi xidmətlərindən bu bazarda geniş yoxlamalar aparıldıqdan sonra biznes metodlarını dəyişdirməsini tələb etdi. Yoxlama, 2018-ci ilin iyun ayında istehlakçılara yanlış məlumat verilməsindən  sonra  başlamışdır.

Məsələn, bir müştəri  həra hansı bir aqreqator vasitəsilə oteldə otaqlardan birini seçirdisə, ekranda həmin otaqla daha bir neçə nəfərin maraqlandığı göstərilirdi. Halbuki, başqa müştərilər eyni sifariş tarixlərini seçmiş olmaya da bilərdi.

Bundan əlavə, onlayn sifariş xidmətləri, istehlakçıları endirimlərə dair də, məsələn, “lüks” otaqla adi otağı müqayisə edərək, yanılda bilirdilər.  Çox vaxt aqreqatorlar faktiki ödəniş anına qədər, otaqların, bütün vergilər, sifarişə görə yığımlar  və bəzi hallarda kurort yığımları nəzərə alınaraq yekun qiymətini açıqlamırdılar. 

Britaniyanın tənzimləyicisi ilə olan pozuntuları müzakirə etdikdən sonra, onlayn sifariş xidmətləri aşağıdakıları öhdələrinə götrdü:

- Otağa olan yüksək tələbatda inandırmaqla, müştərilərə təzyiq göstərməmək.

- Bütün otaqlar artıq sifariş edilmiş otellərin axtarış nəticələrinə  əlavə etməmək.

- Bütün vergilər və ödənişləri nəzərə alaraq otaqın tam dəyərini dərhal göstərmək.

- mümkün endirimlər barədə açıq və asanlıqla məlumatlandırmaq, otel qiymətləndirməsinin prinsipləri barədə məlumat vermək.

CMA-da qeyd edirlər ki, göstərilən xidmətlərin hamısı qeyd olunan pozuntulardan təqsirli deyildir. Lakin onlar hamısı 1 sentyabr tarixinə qədər ehtimal olunan pozuntuların qarşısını almaq üçün iş metodlarını dəyişdirməlidirlər. Əks halda Britaniya  tənzimləyicisi məhkəməyə müraciət edəcək.

Yaxın zamanda, CMA istehlakçıların hüquqlarının qorunması haqqında qanuna riayət etmək lazım olduğunu xatırlatmaq və 1 sentyabr tarixinə qədər mümkün pozuntuların qarşısını almağa çağırmaq üçün digər onlayn sifariş xidmətlərinə də müraciət etmək niyyətindədir.

BBC Radio 4 radiostansiyasına verdiyi müsahibədə tənzimləyicinin qərarına şərh verən CMA hüquq tətbiq etmə  bölməsinin rəhbəri Maykl Qrenfell bildirib: “Bu saytlarda siz çox yaxşı variantlar tapa bilərsiniz, lakin insanların bu saytların nə dediklərinə etibar etməsi çox vacibdir. Amma biz onları təqib edəcəyik”.

 

Bütün xəbərlər