2018-ci ildə “AzSığorta” sığorta şirkəti 4,7 milyon manat həcmində mənfəət əldə edib

13:27 - 8.02.2019


8 fevral, Fineko/abc.az. Azərbaycanın sığorta şirkəti “AzSığorta” 2018-ci ildə apardığı fəaliyyətinin yekunlarını açıqlayıb.

Şirkətin sədri Anar Talıbov mətbuat konfransında bildirib ki, “AzSığorta” 2018-ci maliyyə ilini 4,7 milyon manat həcmində xalis mənfəətlə başa çatdırdı.

“Şirkətin mənfəəti portfelin keyfiyyətinin artırılması, xərclərin azaldılması və investisiya gəlirlərinin əldə edilməsi hesabına əldə edilib”, -  deyə A.Talıbov bildirib.

Onun sözlərinə görə, 2018-ci ildə şirkət, proqnozların səviyyəsi 16 milyon manat olmaqla, 20 milyon manatdan çox mükafat toplayıb. Ötən il şirkət 8 milyon manat ödəyib. Ən iri  ödəniş, Bakıda baş verən sığorta hadisəsi üzrə əmlak sığortası çərçivəsində 1 milyon manat məbləğində edilmişdir.

“2018-ci ildə şirkətin kapitalı 29,9 milyon manatdan 34,7 milyon manatadək artıb, nizamnamə kapitalı isə 20,3 milyon manat səviyyəsində qalıb. 2018-ci ilin sonuna kimi şirkətin  məcmu aktivləri 61 milyon manat səviyyəsində qalıb, 2017-ci ildə 53.6 milyon manatdan 54.1 milyon manatadək qısamüddətli aktivlər artmışdır. Şirkətin debitor borcları 1 milyon manat həcmində azaldılıb”, - bunu A.Talıbov bildirib.

 

Bütün xəbərlər