“Ernst & Young” Azərbaycanda sosial mənzillərin seçiminin şəffaf keçdiyini təsdiq etdi

08.02.2019,15:14


8 fevral, Fineko/abc.az. “Ernst & Young” beynəlxalq audit şirkəti Azərbaycanda güzəştli mənzillərin ikinci seçim prosesinin şəffaf keçdiyini təsdiq etdi.

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) məlumatında deyilir ki,  Yasamal rayonunda yerləşən social mənzil inşaatı üzrə ilk layihəsi 25 yanvar  tarixində keçirilmişdir.

“Nəticələri 7 fevral tarixində elan edilmiş, “Ernst & Young” tərəfindən aparılan auditə əsasən, seçimi prosesində təhlükəsizlik, məxfilik, proseslərin bütövlüyü, əlçatanlıq və fərdi məlumatların qorunması standartlarına və “Güzəştli mənzil” sisteminin məqsəd və prinsiplərinə riayət edilmişdir. Xüsusilə, müraciətlərə baxılma zamanı şəffaflığın və operativliyin təmin edilməsi və istifadəçilərin müraciətlərinin real vaxt rejimində qeydə alınmasına əməl olunmuşdur”, - məlumatda belə deyilir.