Avropa Komissiyası Aİ-in Qaz Direktivi ilə bağlı mövqeyini dəyişdirməmişdir

16:26 - 8.02.2019


8 fevral, Fineko/abc.az. Avropa Komissiyası Aİ-in Qaz Direktivinin sərtləşdirilməsinə dair mövqeyini dəyişməyib.

Bu barədə Brüsseldə keçirilən brifinqdə, AK-in nümayəndəsi Anka Paduraru bildirib.

“Avropa İttifaqı ölkələrinin nümayəndələri bu dəyişikliklərlə bağlı ümumi mövqelərini müzakirə edirlər. Əgər mövqe qəbul edilərsə, o zaman Avropa Şurası və Avropa Parlamenti ilə danışıqlar gələn həftə başlaya bilər. Avropa Komissiyası öz mövqeyini dəyişməyib”, - deyə Paduraru bildirib.

 

Bütün xəbərlər