Çində xarici valyutanın qanunsuz mübadiləsinə görə cəza sərtləşdirildi

11:48 - 11.02.2019


11 fevral, Fineko/abc.az. Çin hakimiyyəti xarici valyutanın alışı və satışınnda qanunsuz əməliyyatlara görə cəzaların sərtləşdirilməsi üçün qanuna düzəliş edib.

Çin Mərkəzi Televiziyasının məlumatına görə, bu, ÇXR-in Ali Xalq Məhkəməsinin və Ali Xalq Prokurorluğunun izahatlarından irəli gəlir.

Ümumi həcmi 5 milyon yuandan (təxminən 741,6 min ABŞ dolları) çox olan xarici valyuta ilə aparılan qanunsuz əməliyyatlar və ya bu kimi əməliyyatlardan  100 min yuandan (təxminən 14,8 min ABŞ dolları) çox miqdarda qeyri-qanuni mənfəətin əldə edilməsi artıq ciddi cinayət sayılacaqdır. Belə cinayətlər beş ilədək həbs cəzası və  qeyri-qanuni zənginləşmədən beş dəfə artıq olan cərimə ilə cəzalandırılacaq. Lakin, xüsusilə ağır hallarda, həbs müddəti artırıla bilər.

Hökumət, maliyyə sektorunda və milli valyuta bazarında xarici valyutanın sabitliyinin qorunması üçün bu tədbirlərə əl atıb. Hal-hazırda, Çində kölgə bank sektoruna qarşı mübarizə kampaniyası keçirir. 2016-cı ildə hüquq-mühafizə orqanları, ümumi məbləği 900 mindən çox yuan (hazırkı məzənnə ilə təxminən 133,3 milyard dollar) təşkil edən qeyri-qanuni bank xidmətləri göstərən 380 cinayətkar icma aşkar etmişdir.

 

Bütün xəbərlər