“Uber” Azərbaycanda sürücülər üçün “çay pulu” saxlayacaq proqramı işə saldı

11.02.2019,15:41


11 fevral, Fineko/abc.az. Uber, “Uber Azerbaijan” adlı yeni xüsusi proqram işə salıb.

Şirkətin məlumatında deyildiyi kimi, proqram, istifadəçilərin istəkləri və bazar xüsusiyyətləri nəzərə alınmaqla hazırlanmışdır. 

“Yeni proqram yavaş İnternetlə daha sürətli işləyir və marşrut boyunca əlavə dayanacaqlar təyin etməyə imkan verir. Proqram, artıq iPhone və Android üçün mövcuddur. Yeni istifadəçilər fevralın 25-dək bütün səfərlərə 30% endirim alacaqlar”, - deyə məlumatda xəbər verilir.

Məlumatda deyilir ki, Uber Azərbaycan rastr xəritələr əvəzinə  vektor xəritələrindən istifadə edir, buna görə də yavaş mobil İnternet şəraitində daha yaxşı işləyir və telefonda üç dəfə az yer tutur. Bundan əlavə, yeni proqramda əvvəlki versiyada olmayan funksiyalar hazırlanıb. “Uber Azerbaijan”, daha sürətli və ucuz getmək imkanı olan, istifadəçiyə daha yaxın olan məntəqələri tövsiyə edə bilir. Proqramda həmçinin, sürücüyə “çay pulu” da saxlamaq olar ki, bu da səfərin sonunda kartdan avtomatik olaraq silinəcəkdir.

“Zamanla, əvvəlki Uber proqramı Azərbaycanda işləməyəcək, onu yalnız xarici ölkələrdə istifadə etmək mümkün olacaq”, - məlumatda belə deyilir.