330x110
 

Yanvarda Azərbaycanda gündəlik neft hasilatı 793 min barel təşkil edib

11.02.2019,17:19


11 fevral, Fineko/abc.az. 2019-cu ilin yanvar ayında Azərbaycanda gündəlik neft hasilatı 793 min barel, o cümlədən 720 min barel xam neft, 73 min barel kondensat təşkil edib.

Energetika Nazirliyi xəbər verir ki, yanvar ayında gündəlik 598 min barel xam neft, 73 min barel kondensat və 16 min barel neft məhsulları ixrac olunub.

“Energetika Nazirliyi, OPEC-in monitorinq komitəsinin birgə texniki komissiyasına gündəlik hasilat haqqında məlumat verib”, - məlumatda belə deyilir.

Ümumilikdə, 2018-ci ildə gündəlik neft hasilatı 792,6 min barel, 2017-ci ildə isə 781,9 min barel təşkil edib.

2016-cı ilin dekabrın 10-da  OPEC/NOPEC  ölkələrinin nazirlərinin iclası keçirilmişdir.  Görüşün nəticəsində  ölkələr ümumi hasilatın azaldılması barədə sazişə imza atıb. OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. NOPEC ölkələri neft hasilatını gündə 558.000 barelə azaldırlar. Eyni zamanda, Azərbaycan gündəlik neft hasilatını 35 min barel həcmində  azaldmağı öhdəsinə götürüb. Razılaşma 2017-ci ilin birinci yarısına imzalanıb və onun şərtlərinin uzadılmasını nəzərdə tutub.

OPEC / NOPEC ölkələri 2017-ci il mayın 25-də Vyanada 172 nazirlər konfransında qeyd edilən razılaşmanın  9 ay müddətinə (2018-ci ilin mart ayının sonuna qədər) uzadılması barədə razılığa gəliblər. Ölkələr, 30 noyabr 2017-ci il tarixində Vyana şəhərində keçirilmiş 173-cü nazirlər görüşündə 2018-ci ilin sonuna qədər razılaşmanı uzatmaq barədə razılığa gəlmişdir.

2018-ci ilin dekabrın 7-də Vyanada OPEC ölkələri hasilatı 1,2 milyon barel azaltmaq barəsində razılığa gəldilər. Azərbaycan gündəlik hasilatı 20 min barel azaldmağa öhdəsinə götürüb.