Neftin qiymətləri yenə də azalır

12.02.2019,10:04


12 fevral, Fineko/abc.az. Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,42 dollar (0,66%) düşüb.

Bu gün “Azeri Light” markalı neftin bir barelinin qiyməti 63,39 dollar təşkil edir.

11 fevral tarixində  Nyu-York Əmtəə Birjasında (NYMEX) keçirilən ticarətin sessiyası nəticəsində, “WTI” markalı neftin mart ayının fyuçers qiyməti  0,31 dollar (0,6%) azalaraq  bir barelə 52,41 dollar təşkil etmişdir. 

Bazar ertəsi Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin aprel ayının fyuçers qiyməti 0,59 dollar (0,95%) enərək bir barelə 61,51 dollar təşkil etmişdir.