“SOCAR Abşeron” ləğvini açıqlayıb

16:01 - 12.02.2019


12 fevral, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Şirkətinə məxsus olan “SOCAR Abşeron” ləğv edilməsini elan etdi.

Vergilər Nazirliyinin məlumatına görə, kreditorlar öz iddialarını iki ay müddətində Bakı şəhəri, Neftçilər prospekti 73 ünvanına göndərə bilərlər.

2018-ci il aprelin 25-də dövlət qeydiyyatına alınmış “SOCAR Abşeron” şirkəti ARDNŞ və Fransanın “Total” şirkəti tərəfindən Xəzər dənizində “Abşeron” qaz kondensat yatağının işlənməsi layihəsinin həyata keçirilməsi üçün yaradılıb. “SOCAR Abşeron” şirkətinə ARDNŞ-nin İnvestisiya İdarəsinin rəhbəri Vaqif Əliyev rəhbərlik edirdi.

 

Bütün xəbərlər