Azərbaycan Ukraynaya ilk dəfə avtomobil ixrac edəcək

16:44 - 9.02.2019


9 fevral, Fineko/abc.az. “Azərmaş” ASC öz məhsullarının ixracının başlanması ilə bağlı işləri davam etdirir.

“Azərmaş” ASC-in İdarə Heyətinin sədri Emin Axundovun sözlərinə görə, ilk ixrac Ukraynaya həyata keçiriləcək.

“Müqavilənə əsasən, Ukraynaya 300 “Xəzər” avtomobili ixrac etməyi planlaşdırırıq. Hazırda ixracat rəsmiləşdirilməsi prosedurları davam etdirilir, çünki bu, bizim ilk ixracımızdır  və biz, bir sıra gözlənilməz məsələlərlə qarşılaşırıq. Hazırda bu məsələlər həll olunur. İxrac partiyasını yaya qədər göndərməyi planlaşdırırıq”, - deyə E.Axundov bildirib.

Bütün xəbərlər