Azərbaycan Rusiyadan taxıl idxalını 59,4% azaldıb

13.02.2019,13:06


13 fevral, Fineko/abc.az.  2018/19-cu illər iyul – sentyabr mövsümü ərzində Rusiya 31,8 milyon tondan çox taxıl, o cümlədən, 26,8 milyon ton buğda, təxminən 3,2 milyon ton arpa, 1,4 milyon ton qarğıdalı ixrac edib.

“Rusagrotrans” analitik mərkəzinin məlumatına görə, tədarüklərin ümumi həcmi keçən ilin eyni dövrü ilə müqayisədə 2,4% çoxdur. Həmin vaxt mövsümün ilk yeddi ayı ərzində xaricə 31,1 milyon ton taxıl göndərilmişdir.

Misir, əvvəlki kimi, Rusiya taxılının əsas alıcısı olaraq qalır. İyul-sentyabr aylarında ölkə satın almaları 8,8% artıraraq 5.75 milyon tona çatdırıb. Türkiyə, idxal həcmlərinin 15%-dən çox azalmasına və 3,75 milyon tona qədər enməsinə baxmayaraq, ən iri idxalçılar reytinqində ikinci yeri saxlayır. İlk üçlüyü əvvəlki mövsümdə olduğu kimi, 1,47 milyon ton (-12%) ilə İran yekunlaşdırır .

Həmçinin, bu kənd təsərrüfatı ilində Rusiya taxılını,  keçən  mövsümdə idxal etməyən ölkələr satın alırlar: İspaniya (yeddi ay ərzində 102 min. ton), Qvineya (123 min. ton) və Ekvador (93 min. ton).

İdxalı nəzərəçarpacaq dərəcədə azaldan  ölkələr: Livan (-23,7%, 839 min tona qədər), BƏƏ (-25%, 510 min tona qədər), Azərbaycan (-59,4%, 376 min tona qədər), Tanzaniya (-47,6%, 282 min tona qədər) və s.