Azərbaycanda sənaye məhsullarının istehsalı 3,4% artıb

13.02.2019,13:19


13 fevral, Fineko/abc.az. 2019-cu ilin yanvar ayında Azərbaycanda 3,8 milyard manatlıq sənaye məhsulları  istehsal edilib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin eyni dövrünə nisbətən sənaye məhsullarının istehsalı 3,4% artıb.

“Yanvar ayında qeyri-neft sənayesində istehsal 13,8% artıb. Hesabat dövründə istehsalın 72,5%-ni mədənçıxarma, 22%-i emal, 4,8%-i elektrik enerjisi, qaz və buxarın istehsalı, paylanması və təchizatı, 0,7%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində istehsal təşkil edib”, - məlumatda belə deyilir.

Məlumatda qeyd olunub ki, dağ-mədən sənayesində neft hasilatı 0,8% azalıb, əmtəə qazının istehsalı isə 26,4% artmışdır. Elektrik enerjisi, qaz və buxar istehsalı, paylanması və təchizatı 0,5%, su təchizatı, tullantıların təmizlənməsi və emal sahəsində 8,1% artmışdır.