Martın 1-dən etibarən Azərbaycanda minimum əmək pensiyası artırılacaq

17:24 - 14.02.2019


14 fevral, Fineko/abc.az. Azərbaycanda pensiyaların minimum məbləği artırılacaq.

Azərbaycan Respublikası Əhalinin Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin sözlərinə görə, 2019-cu ildə pensiyaların minimum həcminin artırılması və pensiya ödənişlərinin indeksasiyası üçün əlavə 139 milyon manat yönəldilib.

“Martın 1-dən etibarən əmək pensiyalarının minimum həcmi 38,5% artaraq 116 manatdan (bir neçə kateqoriyada 80 manatdan) 160 manata qədər yüksələcək”, - nazir bunu deyib.

Onun sözlərinə görə, minimum pensiya həcminin artırılması 233 min pensiyaçıya, o cümlədən əlillik pensiyası alan 140 min nəfərə  şamil ediləcək.

 

Bütün xəbərlər