Neftin qiymətləri yüksəlir

10:01 - 15.02.2019


15 fevral, Fineko/abc.az. Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,31 dollar (0,47%) yüksəlib.

Bu gün “Azeri Light” markalı neftin bir barelinin qiyməti 66,16 dollar təşkil edir.

14 fevral tarixində  Nyu-York Əmtəə Birjasında (NYMEX) keçirilən ticarətin nəticəsində, “WTI” markalı neftin mart ayının fyuçers qiyməti  0,51 dollar  (1,0%) yüksələrək bir barelə 54,41 dollar təşkil etmişdir. 

WTI-də mart ayının fyuçersi saat 9:00-da 0,33 dollar (0,71%),  bir barelə 54,74 dollara qədər artmışdır.

Cümə axşamı günü Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin aprel ayının fyuçers qiyməti 0,96 dollar (1,5%) artaraq bir barelə 64,57 dollar təşkil etmişdir. 

Saat 9:00-da ICE Futures birjasında Brentin aprel fyuçersinin qiyməti  0,45 dollar (0,70%) artaraq  bir barelə 65,02 dollar təşkil etmişdir.

 

Bütün xəbərlər