İstifadəçilərin məlumatlarının açıqlanmasına görə “Facebook” bir neçə milyard dollar cərimə oluna bilər

15:40 - 15.02.2019


15 fevral, Fineko/abc.az. ABŞ-ın Federal Ticarət Komissiyasının (FTK) sosial şəbəkədən tutacağı  cərimənin həcmi, ehtimal ki, bir neçə milyard dollardan çox ola bilər.

FTK, şəxsi məlumatların marketinq məqsədləri üçün üçüncü şirkətlərə ötürülməsinə ilə bağlı Facebook barəsində araşdırma aparır.

Bunu, FTK ilə “Facebook” danışıqlarının təfərrüatları ilə tanış olan mənbələrə istinadən “The Washington Post” qəzeti xəbər verir.

“Facebook” Federal Ticarət Komissiyası ilə danışıqların keçirildiyini təsdiqlədi, lakin danışıqların gedişatı barədə əlavə məlumat vermədi. FTK, öz növbəsində, sözügedən məsələ üzrə şərh verməkdən imtina etdi.

 

Bütün xəbərlər