Dağıstan Mahaçqala ilə Bakı arasında turist qatarı işə salacaq

15.02.2019,15:41


15 fevral, Fineko/abc.az. Dağıstan hakimiyyəti Mahaçqala ilə Bakı arasında yeni qatarın açılacağını planlaşdırır və bunun nəticəsində regionda turizmin inkişafına şərait yaradılacağına inanır.

Bu barədə Soçi şəhərindəki Rusiya İnvestisiya Forumunda Rusiya Dəmir Yolları Şirkətinin (RDY) rəhbəri Oleq Belozerov ilə region başçısı Vladimir Vasilyevin görüşündən sonra respublikanın başçısının administrasiyası və hökümətinin mətbuat xidməti məlumat verib.

“Bu gün biz, turizm kimi bir mövzuya toxunduq. Bu baxımdan, Dağıstan ilə Azərbaycan arasında qısa bir gömrük prosedurasından keçəcək yeni bir qatarın açılması respublika üçün çox faydalı olacaq”, - deyə Vladimir Vasilyev bildirib.

Mahaçqala-Bakı marşrutu üzrə yeni dəmir yolu xətti məsələsi 2018-ci ilin aprel ayının əvvəlində Dağıstan və Rusiya Dəmir Yolu səlahiyyətliləri tərəfindən nəzərdən keçirilmişdi. 2018-ci ilin oktyabr ayının sonunda Vasilyev bildirdi ki, Dağıstan və Azərbaycanı daimi dəmiryolu xətti birləşdirəcək.