MDB Statistika Komitəsi: Azərbaycanda 20 min işsiz var

15.02.2019,15:42


15 fevral, Fineko/abc.az. Müstəqil Dövlətlər Birliyi ölkələrində 2018-ci ilin dekabr ayının sonlarında 1365,1 min işsiz olub ki, bu da ötən aydan 20 min nəfər çoxdur.

MDB Dövlətlərarası Statistika Komitəsinin məlumatına görə, bu göstərici, bir il əvvəlki göstəricidən  azdır.

“Belarusda işsizlərin sayı minimaldır, yəni 12,5 min nəfər təşkil edir. Moldova (18,7 min) və Azərbaycanın göstəricilər  (20,1 min) rəqəmləri bir qədər yüksəkdir. Tacikistanda (51,8 min), Ermənistanda (64,6 min), Qırğızıstanda (70,9 min), Qazaxıstanda (91,6 min) işsizlərin sayı yüz minlər həddindədir. Ukraynada 341,7 min, Rusiyada 693,2 min işsiz var.

Bir il ərzində Qazaxıstanda, Qırğızıstanda və bir qədər də Tacikistanda işsizlərin sayı artmışdır. Digər ölkələrdə, onların sayı azalıb. Ümumiyyətlə, MDB-də işsizlik 6,6% azalıb”, - məlumatda   belə deyilir.

Məlumatda həmçinin deyilir, son ayda Ukrayna, Tacikistan, Rusiya, Moldova və Qırğızıstanda artım səbəbindən cəmi işsizlik 1,5% artmışdır. 2018-ci ilin noyabr ayının sonunda MDB-də işsizlərin sayı cəmi 1,345 milyon nəfər təşkil edib.

2018-ci ilin nəticələrinə görə qeydə alınan işsizlik səviyyəsi Belarusda 0,3%, Azərbaycanda 0,4%, Rusiyada 0,9%, Qazaxıstanda 1%, Moldovada 1,3%, Tacikistanda 2,2%, Qırğızıstanda  2,8% təşkil edib. Ermənistan və Ukrayna üzrə məlumat yoxdur.