2018-ci ildə Bakıda 20,8 milyard manat məbləğində pərakəndə mal satılıb

17:19 - 15.02.2019


15 fevral, Fineko/abc.az. 2018-ci ildə Bakıda pərakəndə ticarət obyektləri 20,797 milyard manatlıq mal satıb.

Bakı Statistika İdarəsindən məlumat verilib ki, pərakəndə satışların həcmi il ərzində 3,8% artıb.

“Özəl pərakəndə  satış məntəqələri 20,787 milyard AZN məbləğində mal satılmışdır”, - məlumatda belə deyilir.

 

Bütün xəbərlər