Azərbaycanda heyvandarlıq sektoru kənd təsərrüfatının inkişafının əsas artımını təmin edir

19.02.2019,11:41


19 fevral, Fineko/abc.az. Yanvar ayında Azərbaycanın kənd təsərrüfatı sektoru, aqrar   məhsullarının istehsalı hesabına 313,1 milyon manat artaraq 2,4% təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ay bitkiçilik məhsullarının istehsalı 11,5 milyon manat, heyvandarlıq məhsullarının istehsalı isə 301,6 milyon manat təşkil edib.

“Bitkiçilik məhsullarının istehsalı il ərzində 43,6%, heyvandarlıq məhsullarının istehsalı isə 1,2% artıb”, - Dövlət Statistika Komitəsindən bu məlumat verilib.