Azərbaycanda əmanətlərin tam sığortalanması 2020-ci ilin martın 4-dək uzadılıb

13:12 - 19.02.2019


19 fevral, Fineko/abc.az. Azərbaycan Parlamenti   “Əmanətlərin tam sığortalanması” haqqında  qanuna dəyişiklikləri qəbul edib.

Dəyişikliklər, əmanətlərin tam sığortalanmasını 4 mart 2020-ci il tarixinə qədər uzadılmasını nəzərdə tutur. Bu Qanunun qüvvəsi 2019-cu il 4 mart tarixində başa çatır.

Parlamentin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, əmanətlərin tam sığortalanması bankların depozit portfelinin, o cümlədən milli valyutada əmanətlərin artmasına xidmət edə bilər.

 

Bütün xəbərlər