Maliyyə Nazirliyi 25 milyon manatlıq DQİ yerləşdirdi

17:04 - 19.02.2019


19 fevral, Fineko/abc.az. Azərbaycan Maliyyə Nazirliyi Bakı Fond Birjası (BFB) vasitəsilə dövlət qısamüddətli istiqrazların (DQİ) satışını həyata keçirib. 

BFB xəbər verir ki, fevralın 19-da Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0104002743 ISIN-li, 25 milyon manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 22 investor tərəfindən qiymət intervalı 91.7846 AZN (9.0000%) və 93.5000 AZN (6.9901%) olan 30 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 93.2756 AZN (7.2488%), orta ölçülmüş qiyməti 93.3026 AZN (7.2176%) müəyyən edilmişdir.

Nəticədə 25 milyon manat həcmində DQİ yerləşdirilmişdir.

İstiqrazların ödəmə tarixi  18 fevral 2020-ci  il.

 

Bütün xəbərlər