Azərbaycanın Əmək və əhalinin sosial müdafiəsi nazirinin yeni müavini təyin olunub

19.02.2019,17:27


19 fevral, Fineko/abc.az. Azərbaycan Respublikası Əmək və əhalinin sosial müdafiəsi nazirinin yeni müavini təyin olunub.

Nazirlikdən verilən məlumata əsasən, Azərbaycan Respublikası Əmək və əhalinin sosial müdafiəsi nazirinin yeni müavini vəzifəsinə Anar Kərimov təyin edilib.

Bu vəzifəyə təyin olunmamışdan əvvəl Anar Kərimov əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışmışdır.