330x110
 

Azərbaycan neftinin qiyməti azalıb

20.02.2019,10:23


20 fevral, Fineko/abc.az. Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,75 dollar (1,1%) enib.

Bu gün “Azeri Light” markalı neftin bir barelinin qiyməti 67,90 dollar təşkil edir.

Çərşənbə axşamı günü Nyu-York Əmtəə Birjasında (NYMEX) keçirilən ticarətin nəticəsində, “WTI” markalı neftin mart ayının fyuçers qiyməti 0,50 dollar (0,9%) yüksələrək bir barelə 56,09 dollar təşkil etmişdir. 

Fevralın 19-da Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin aprel ayının müqavilələri 0,05 dollar (0,08%) azalaraq bir barelə 66,45 dollar təşkil etmişdir.