AMB 300 milyon manat həcmində qısamüddətli notlar yerləşdirdi

17:30 - 20.02.2019


20 fevral, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirib.

BFB-in məlumatında deyilir ki, 20 fevral tarixində AMB 50100873S dövlət nömrəli, 300 milyon manat həcmində, 27 gün müddətinə qısamüddətli notlar təklif etmişdir.

15 investordan 757 307,5 min manat məbləğində 28 sifariş daxil olmuşdur. İnvestorlar qısamüddətli  notlar üçün 99,4588 manat (gəlirlilik 7,26%) təklif etmişlər.

Mərkəzi Bankın qərarına əsasən,  kəsmə qiyməti 99,4588 manat (gəlirlilik 7,26%), orta ölçülmüş qiymət də həmin səviyyədə müəyyən edilmişdir. Nəticədə 300 milyon manat həcmində qısamüddətli notlar yerləşdirilmişdir.

Notların ödəmə tarixi: 19 mart  2019-cu il.

 

 

Bütün xəbərlər