330x110
 

“Qazprom” Azərbaycana yenidən təbii qaz ixrac edəcək

22.11.2017,17:38


22 noyabr, Fineko/abc.az. Rusiyanın “Qazprom” dövlət korporasiyası 22 noyabr tarixindən etibarən Azərbaycana təbii qazın tədarükünü bərpa edir.

Korporasiyanın məlumatında deyildiyi kimi, 21 noyabr 2017-ci il tarixində Moskvada “Qazprom” ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) arasında müvafiq müqavilə bağlanmışdır.

“Sənəd, Azərbaycan bazarına 1,6 milyard kub metr Rusiya qazının tədarük edilməsini nəzərdə tutur”, - xəbərdə belə deyilmişdir.

2000-ci ildən 2006-cı ilə qədər “Qazprom” Azərbaycana qaz tədarük etmişdir. Şah-Dəniz yatağının açılışından sonra Azərbaycan satın alınmaları dayandırmışdır.

 

 

 

 

Açar sözlər: Qazprom ARDNŞ təbii qaz