Azərbaycan nefti bahalaşıb

09:46 - 21.02.2019


21 fevral, Fineko/abc.az. Azərbaycanın "Azeri LT CIF" markalı xam neftinin qiyməti 0,60 dollar (0,88%)  /  barelə artıb.

Bu gün “Azeri Light” markalı neftin bir barelinin qiyməti 68,50 dollar təşkil edir.

Fevralın 20-də Nyu-York Əmtəə Birjasında (NYMEX) keçirilən ticarətin nəticəsində, “WTI” markalı neftin aprel ayının fyuçers qiyməti 0,71 dollar (1,3 %) yüksələrək bir barelə 57,16 dollar təşkil etmişdir. 

WTI üzrə aprel ayı üçün fyuçers qiyməti elektron ticarətdə saat 9:00-da 0,29 dollar (0,51%) yüksələrək bir barelə 57,45 dollara bərabər olub.

Çərşənbə günü WTI üzrə mart müqaviləsini ticarəti yekunlaşdı  və son sessiyada 1,5% bahalaşaraq bir barelə 56,92 dollar təşkil etdi.

Fevralın 20-də Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin aprel ayının müqavilələri sessiyanın yekununda 0,63 dollar (1%) artaraq bir barelə 67,08 dollar təşkil etmişdir. 

Saat 9:00-da “Brent”in aprel ayı üçün fyuçers qiyməti 0,16 dollar (0,24%) artaraq  bir barelə 67,24 təşkil etmişdir.

 

Bütün xəbərlər