“Laçın” neftdaşıyan tankeri tikintisinin növbəti mərhələsi üçün suya buraxılıb

12:00 - 21.02.2019


21 fevral, Fineko/abc.az. “Laçın” neftdaşıyan tankeri tikintisinin növbəti mərhələsi üçün suya buraxılıb.Mərasimdə iqtisadiyyat naziri Şahin Mustafayev, Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanov və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sədri Rauf Vəliyev iştirak edib.

Bildirilib ki, tankerin gövdə hissəsinin tikintisi 100 faiz tamamlanıb. Bu, 860 min xəsarətsiz iş saatı deməkdir. Qalan tikinti və quraşdırma işləri Gəmiqayırma Zavodunun yanalma körpüsündə davam etdiriləcək. Bu məqsədlə neft tankeri zavodun tikinti-quraşdırma sahəsindən üzən dok üzərindən hidravlik arabacıqlar vasitəsilə suya salınıb. Gəminin inşası tam bitdikdən sonra dəniz-istismar sınaqlarına başlanacaq. Tankerin iyunda təhvil verilməsi planlaşdırılır.

Bütün xəbərlər