Azərbaycanda daşınmaz əmlakın tikintisi və istismarı üçün icazələrin verilməsində elektron sistem tətbiq edilir

21.02.2019,13:10


21 fevral, Fineko/abc.az. Azərbaycanda tikinti icazələrinin alınması üçün yeni elektron sistemin təqdimatı keçirilib.

Təqdimat zamanı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbəri Anar Quliyev bildirib ki, tikinti icazələri 15 gün ərzində, istismar icazəsi isə 10 gün ərzində veriləcək.

“Elektorn icazələr, ekspertizasına ehtiyac olmayan daşınmaz əmlak obyektlərinə  veriləcək”, - A.Quliyev belə deyib.

Onun sözlərinə görə, tikinti icazəsinin alınması üçün sənədlərin sayı 18-dən 7-dək azalıb, bu icazənin alınması üçün lazım olan günlər 116-dan 18-ə, xərcləri isə 6500 manatdan 1500 manatadək azaldılıb.