Ferrari 2019-cu ildə yeni hibrid superkar təqdim edəcək

13:35 - 21.02.2019


21 fevral, Fineko/abc.az. “Ferrari” şirkətinin  hibrid güc qurğusu ilə təchiz olunmuş yeni superkarı 2019-cu ildə təqdim ediləcək.

Bu barədə İtaliya markasının rəhbəri Lui Kamilyeri deyib.

Yeni maşın Ferrari tarixində ikinci hibrid olacaq. Birinci hibrid, 2013-cü ildə təqdim edilmiş LaFerrari modeli olmuşdur. Ferrari LaFerrari  avtomobili və onun açıq versiyası Aperta, tərkibinə  6,3 litrlik V12 mühərriki, elektrik aqreqat, lityum-ion batareyaları dəsti və iki ilişmə ilə yeddipilləli “robot” daxil olan  963-güclü hibrid qurğu ilə təchiz olunub. Ferrari LaFerrari  üç saniyə ərzində 100 km/saat sürətə malikdir, onun maksimal sürəti isə 350 km/s ilə mhdudlaşır.

Təxminən 3 ildən sonra Ferrari şirkəti, hazırda  Purosangue  adı ilə tanınan ilk krossoverini təqdim edəcək. Model  Lamborghini Urus  və Bentley Bentayga ilə rəqabət aparmaq üçün nəzərdə tutulub. Bundan başqa, 2022-ci ildən sonra Ferrari-də ilk tamamilə elektrikli superkarın meydana gəlməsi gözlənilir.

 

Bütün xəbərlər