2018-cu ildə istehsal olunan bütün Azərbaycan "Khazar" avtomobilləri satılıb

13:50 - 21.02.2019


21 fevral, Fineko/abc.az. Neftçala Sənaye Məhəlləsi ərazisində yerləşən “Khazar”  Avtomobil Zavodu keçən il 1000 avtomobil istehsal edib.

İqtisadiyyat Nazirliyindən bildirildi ki, zavod, istehsal olunmuş məhsulun 95%-ni satıb.

“Zavod ildə 10 min avtomobil istehsal etmək gücünə malikdir. Müasir texnologiyalar, avadanlıq və mexanizmlər əsasında qurulmuş zavodda "Khazar", "AzSamand" və "Peugeot" avtomobil modelləri istehsal edilir. Artıq zavodda avtomat ötürücü qutusu ilə təchiz olunmuş “Peugeot Khazar” avtomobillərinin istehsalına da  başlanılıb. “Khazar” Avtomobil Zavodunda istehsal edilən avtomobillər AVRO-5 və beynəlxalq təhlükəsizlik standartlarına tam uyğundur.

Zavodda 200 nəfər işlə təmin edilib və istehsalın genişlənməsi ilə iş yerlərinin sayının 300-ə çatdırılması nəzərdə tutulur. "Khazar" avtomobilləri “Made in Azerbaijan” brendi ilə ixrac olunur”, - deyə nazirlikdən bildirildi.

 

Bütün xəbərlər