Bakıda yeni binaların sayı dəqiqləşdiriləcək

16:04 - 21.02.2019


21 fevral, Fineko/abc.az. Azərbaycanın Fövqəladə Hallar Nazirliyi Bakıdakı yeni binaları saymağa başlayır.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbəri Anar Quliyev  bildirib ki, “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” sərəncam çərçivəsində, Fövqəladə Hallar Nazirliyi 2 ay ərzində yeni binaların dəqiq sayını müəyyən etməlidir.

“Bundan sonra nazirlik hər binanın ekspertizasını aparmalı və onların davamlılığı, texniki təhlükəsizliyi və istismara hazır olması barədə rəy hazırlamalıdır”, - deyə A.Quliyev bildirib.

 

Bütün xəbərlər